Cümə , İyul 31 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Davud Şirini 3 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz sakini olan azərbaycanlı milli-mədəni fəal Davud Şirini 3 il həbsə məhkum edib.

İrqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi rejimin şərlədiyi azərbaycanlı fəal Davud Şirini iyunun 24-də “Sistemə qarşı təbliğat” və “GAMAC təşkilatına üzv olmaq”ittihamları ilə mühakimə edib.

Məhkəmə qurama ittihamlarla heç bir günahı olmayan fəala 3 il həbs cəzası verib.

Qeyd edək ki, Davud Şiri 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla digər fəalla birlikdə yaxalanmışdı.

O, bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Azərbaycan türk millətinin hüquqları uğrunda çalışan 37 yaşlı Davud Şiri ailəlidir və bir övladı var.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …

Bir cavab yazın