Azərbaycanlı fəallar Savalana yol çəkilməsinə etiraz olaraq divarlara şüarlar yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı ətraf mühit fəalları Savalan dağında rejim tərəfindən yol çəkilməsinə etiraz olaraq şəhərin divarlarına şüarlar yazıblar.

Azərbaycanlı fəallar şəhərin müxtəlif küçə və məhəllələrinin divarlarına “Savalanı qoruyaq, gələcəyi uşaqlar üçün qurtaraq”, “Savalanı dağıtmağı dayandırın”, “Dağı tərk edin”, “Şovinizmin talan makinası, Savalanı qarət etməyə yox”, “Azərbaycan üçün ədalət”, “Ətraf mühiti dəyişdirməyə yox” və s. şüarlar yazmaqla Savalan dağında irqçi fars rejim tərəfindən yol tikintisinə etiraz ediblər.

Qeyd edək ki, Savalan dağına yolunun tikintisinin ikinci mərhələsinə iyulun 9-da start verilib. Güney Azərbaycanın şəhərləri və kəndlərinə standartlara uyğun yollar inşa etməyən rejim Savalan dağında yol çəkməklə dağın ekologiyasını dağıtmağa çalışır. Bu isə azərbaycanlı fəalların etirazı ilə qarşılaşıb.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …

Bir cavab yazın