Fəalların etirazından sonra “Durnalar yuvası” stadionunun türkcə lövhəsi qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalların və ümumiyyətlə əhalinin sosial şəbəkələrdə etirazından sonra Güney Azərbaycanın Urmiya şəhərində “Durnalar yuvası”  stadionunun türkcə lövhəsi geri qaytarılıb.

Azərbaycanlıların geniş etirazı yerli məsulları üzərində türkcə “Durnalar yuvasına xoş gəlibsiniz” yazılan lövhəni yenidən stadiona qaytarmağa məcbur edib.

Bir müddət öncə həmin lövhə stadionun girəcəyindən sökülərək onun yerinə farsca lövhə asılmışdı.

Üzərinə türkcə “Sən çağırsan gələrəm mən” cümləsi də əlavə olunan yeni lövhə stadionun içərisinə quraşdırılıb. Rejimə bağlı olan məsullar lövhənin küncünə İran bayrağını da əlavə ediblər.

Yeni lövhənin Urmiyanın “Şəhrdari” voleybol komandasının təşəbbüsü ilə hazırlandığı bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

Bir cavab yazın