Cümə , Sentyabr 18 2026
azfa

ABŞ tatarların yurdu Krımın işğalına görə Rusiyaya qarşı sanksiyaları genişləndirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ tatarların əzəli yurdu Krımın işğalına görə diktatorların himayədarı Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında açıqlama verilib.

Məlumata əsasən, yeni məhdudlaşdırıcı tədbirlərin Ukraynadakı vəziyyətlə əlaqədar olduğu qeyd olunub. Sanksiya siyahısına 21 Rusiya və Ukrayna vətəndaşı və 21 şirkət əlavə edilib.

Rusiya XİN isə yaydığı bəyanatda bildirlir ki, ABŞ hökuməti Moskvaya qarşı sanksiyaların genişləndirilməsi, Rusiya ilə iqtisadi və digər əlaqələri qırmağı düşünürsə, bu onların haqqıdır. Rusiya tərəfi cavab vermək hüququnu özündə saxlayır.

“Vaşinqtonda illüziyalardan xilas ola bilmirlər ki, Rusiyanı vizaların ləğvi, ticarət qadağaları ilə qorxutmaq, beynəlxalq arenada müstəqil kurs yeritmək və özünün milli maraqlarını qorumaqdan çəkindirmək qeyr-mümkündür. Mənasız sanksiyalar kampaniyası isə yalnız ABŞ biznesi üçün maliyyə itkisinə çevriləcək”, bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …

Bir cavab yazın