GADTB başqanı Əjdər Tağızadənin Türkiyədə Cümhuriyyət bayramı münasibətilə təbrik mesajı

GADTB: 29 Oktyabr Türkiyə Cümhuriyyət günüdür. Bu il Atatürkün elan etdiyi Cümhuriyyət günündən 97 il keçir. Milyonlarlarla türkün qanı bahası yaranan Cümhuriyyət Bayramı bəşəri tarixin ən ağır sınaqlarından keçmiş bir milli zəfərdir. Bütün dünyanın düşmən çabalarına qarşı yeni Türkiyənin yaranması insan iradəsini ortaya qoymuş oldu. Böyük Atatürkün öndərliyində cümhuriyyıtin elan olunması böyük dayanışmanın, gərgin dirənişin ən aydın örnəyidir.

GADTB olaraq bu böyük bayram münasibətilə Türkiyəni və bütün Türk dünyasını təbrik edirik. Eyni zamanda Qarabağımızın tezliklə azad olması ilə belə gözəl Cümhuriyyət bayramının Güney Azərbaycana da qismət olması və Güney Azərbaycanın müstəqillik qazanmasını arzu edirik.

Türkiyənin hər bir türkün dövləti olduğu kimi Türkiyənin Cümhuriyyət Günü də hər bir türk üçün əzizdir. Cümhuriyyət bayramınız qutlu olsun!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın