Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Cəbhədən son xəbərlər; ermənilərin hərbi texnikası və canlı qüvvəsi məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Həmçinin yoxlayın

İqtisadi təzyiqlər molla rejimi diplomatik səylərini sürətləndirməyə vadar edib

GADTB: “Reuters” iqtisadi böhranla bağlı yaydığı xəbərdə ABŞ, Yaxın Şərq və İran mənbələrinə istinadən bildirib …

Marko Rubio: İran rejiminin maliyyələşdirilməsi minlərlə insanın ölümündə rol oynayıb

GADTB: ABŞ dövlət katibi Marko Rubio milyonlarla insanın izlədiyi çıxışında ABŞ-ın keçmiş prezidenti Barak Obamanın …

Bir cavab yazın