Çərşənbə , Avqust 19 2026
azfa

Kürd terrorçuları və farsların sındırdığı təkəmçilər heykəli Təbrizdən yığışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar və terrorçu kürdlərin Azərbaycanla düşmənçilik zəminində dəfələrlə təkəmçilər heykəlini sındırmalarından sonra Təbriz bələdiyyəsi heykəlləri Təbrizin Vəliəsr küçəsindən götürüblər.

Dünən yenidən naməlum şəxslər həmin heykələlərə hücum edərək onları qırıblar. Heykəllərin  Azərbaycanla düşmənçilik edən paniranistlər və terrorçu kürdlər tərəfindən sındırıldığı bildirilir.

Heykəlin yerləşdiyi bölgədə və mağazalarda bir neçə təhlükəsizlik kamerası olduğu üçün İranın təhlükəsizlik orqanları heykələ hücum edənləri asanlıqla tapa bilər. Lakin Azərbaycanla düşmənçilik onların ürəyincə olduğu üçün buna meyl göstərmirlər.

Təbriz bələdiyyəsi heykəlləri bərpa etdikdən sonra Elgölü bağına quraşdıracağını bildirib.

Həmçinin yoxlayın

NATO-dan İranın Bolqarıstan və Kipri hədəfə alma ehtimalına reaksiya

GADTB: İran hökumətinin ABŞ-la qarşıdurmanın daha da kəskinləşəcəyi təqdirdə Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirmək …

Rusiya müharibə zamanı İrana silah yardımı edib

GADTB: Rusiya müharibə zamanı ciddi şəkildə tükənmiş silah ehtiyatlarını doldurmaq üçün İran hökumətinə dronlar, raketlər …

Bir cavab yazın