Şənbə , Aprel 27 2024
azfa

İran rejimi azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlanini edama məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Urmiyadakı İnqilab Məhkəməsinin 2 saylı şöbəsi bu gün dekabrın 1-də Urmiya sakini olan siyasi məhbus Hamid Qaraoğlanini həbs və edam cəzasınada məhkum edib.

Rejimin Urmiyadakı mərkəzi zindanının 3-cü bölməsində həbsdə saxlanılan Hamid Qaraoğlani şərlənərək 30 dekabrda cinayət prosessual məcəllənin 302-ci maddəsi ilə İsrail və ABŞ-a işləməklə milli təhlükəsizliyiyə qarşı hərəkət etmək, xarici mediya ilə əlaqə qurmaq, İran rəhbərini təhqir etmək və Qasım Süleimaninin şəklini cırmaqda günahlandırılaraq, 13 il üç ay həbs cəzası çəkməklə yanaşı, rejimin İnqilab Məhkəməsinin Urmiyadakı 2 saylı şöbəsində hakimin “silahlı mübarizə” ittihamı ilə ölüm cəzasına məhkum edilib.

Siyasi məhbusun bacısı Haniyə Qaraoğlaninin sözlərinə görə, Hamid Qaraoğlani, dindirildikdən sonra Urmiya İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən cəzalandırılıb. Qardaşım Urmiya İnqilab Məhkəməsinin 2-ci şöbəsinin iki hakimi tərəfindən 13 il 3 ay həbs cəzasına məhkum edildi. Milli təhlükəsizliyə qarşı hərəkət etdiyi ittihamı ilə isə edama məhkum edildi. “Qərar çıxarıldıqdan sonra 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyi bildirildi.”

Azərbaycanlı fəalın iyunun 27-də rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdı.

Rejimin məmurları həmin gün fəalı kamera quraşdırmaq bəhanəsi ilə guya işə çağırmış və yaxalamışdılar.

Eyni zamanda ETTELAAT İdarəsinin məmurları fəalın ailəsinə zəng edərək, onları ETTELAAT İdarəsinə
çağırıb və hədələyiblər ki, fəalın həbsi ilə bağklı mətbuata məlumat verilməsin. Əks təqdirdə fəalın anasını qətlə yetirəcəklər.

Rejim məmurları həmçinin fəalı şərləyib və ona qarşı saxta ittihamlar irəli sürməyə çalışıblar.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın