Çərşənbə , Sentyabr 30 2026
azfa

Koronavirusa yoluxdurulan Abbas Lisani və Yousf kari Ərdəbil zindanının klinikasına aparıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabr 1-də Ərdəbil Mərkəzi zindanının 7-ci bölməsində həbsdə olan azərbaycanlı fəal Yusuf Kari ailəsi ilə telefon əlaqəsi zaman, Abbas Lisani ilə birlikdə korona əlamətləri ilə həbsxananın klinikasına köçürüldüyünü bildirib.

Azərbaycanlı siyasi fəal Ərdəbil Mərkəzi zindanında koronaya yoluxmuş çox sayda məhbusun xəstəxanaya yerləşdirilməsi və xəstəxanada  yer olmadığından, şöbələrinə geri döndüklərini bildirib.

Karinin dediyinə görə, onlarda qızdırma yüksək olub və Lisanidə hələ də quru öskürək, baş ağrısı, əzələ ağrıları və yüngül nəfəs darlığı müşahidə olunur.

Kari bildirdi ki, yeddi saylı şöbənin vəkilinə, koronaya yoluxduğu üçün 14 günlük tibbi məzuniyyət verdilər. Ancaq Abbas Lisani və onun üçün məzuniyyət şəhər proluroru tərəfindən təsdiqlənməlidir. Ona görə də fəalların həyatı təhlükədədir.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Bir cavab yazın