Cümə axşamı , Sentyabr 24 2026
azfa

Türkiyə rekord qıran PUA-larının kütləvi istehsalına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Aviasiya və Kosmik Sənaye A.Ş. “Aksungur” (ANKA-2) pilotsuz uçuş aparatlarının kütləvi istehsalına başlayıb.

Bu barədə şirkətin müdiri, professor Temel Kotil bildirib.

O, “ANKA-1”dən əldə edilən təcrübə əsasında ərsəyə gətirilən ikimotorlu aparatlarla bağlı bəzi çətinliklərlə üzləşdiklərini qeyd edib: “Hər nə qədər Türkiyəyə rəsmi sanksiya tətbiq olunmasa da, alt sistemin tədarükündə çox çətinlik çəkirik. Xaricə sifariş veririk. Məhsul kodu ilə sifariş verdiyimiz halda, qapalı bağlama yerinə açıq bağlama gəlir. Gecikmələr də çox yaşanır”.

Onun sözlərinə görə “ANKA-2” seqmentinin məhsulları ilə müqayisədə daha çox yük daşıya və daha çox havada qala bilir. Həmçinin daha uzaq məsafədən idarəsi mümkündür. Beləliklə, Türkiyənin istənilən bölgəsinə hərəkət mərkəzindən gedib-gələ biləcəklər.

Aparatların yaxın zamanda dünya turuna çıxa bilən versiyaları da olacaq.

 “Aksungur”un Türkiyə Hərbi Hava Qüvvələrindəki döyüş təyyarələrinin gerçəkləşdirə biləcəyi bəzi hücum əmrlərini yerinə yetirməsi gözlənilir. Bunun sayəsində döyüş təyyarələrinin gövdəsinin ömrünü uzatmaq planlaşdırılır.

Qeyd edək ki, “Aksungur” sınaq uçuşlarında 40 min fut yüksəkliyə qədər çıxmış və 49 saat ərzində havada qalaraq rekord qırmışdı.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın