Cümə axşamı , Sentyabr 24 2026
azfa

Güney Azərbaycanda siyasi məhbuslara azadlıq tələbilə Twitterdə kompaniya başladılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan sosial şəbəkə istifadəçiləri İran məhkəmə sisteminin azərbaycanlı siyasi məhbusların həyatını təhlükəyə atan ayrıseçkilik siyasətlərinə etiraz olaraq Twitterdə kompaniya başladıblar.

Artıq “Korono_Milli_Məhbuslari” həştəgı ilə minlərlə “Twit”in paylaşılıb. Həmin “Twitter” fırtınasında İran məhkəmə orqanlarından müxtəlif zindanlarda bütün hüquqlarından məhrum edilmiş və koronovirus təhlükəsi ilə qarşılaşan azərbaycanlı siyasi məhbusları tibbi məzuniyyətə göndərmək istənilib.

Qeyd edək ki, son günlərdə rejimin Ərdəbildəki zindanında həbsdə olan azərbaycanlı siyasi məhbusların koronavirusa yoluxduğu və onların həyatına təhlükə yarandığı bildirilir. Belə ağır vəziyyətdə isə irqçi fars rejim azərbaycanlı siyasi məhbusları məzuniyyətə buraxmır.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …

Bir cavab yazın