İran rejimi irqçiliyi tənqid edən daha bir azərbaycanlı jurnalisti həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda Yurd TV səhifəsinin admini Fərid Məhəmmədnejadı da yaxalayaraq irqçiliyi tənqid etdiyi üçün verdiyi həbs cəzasını çəkməsi üçün Makıda zindana atdı.

Azərbaycanlı jurnalist dünən rejimin məhkəmə qərarlarını icra edən idarə tərəfindən yaxalanaraq 4 ay həbs cəzasını çəkmək üçün Makıda yerləşən zindana salınıb.

Qeyd edək ki, “Yurd TV” İnstagram səhifəsinin sahibi Fərid Məhəmmədnəjad da həmin irqçiliyə qarşı olmaqla əlaqədar video, eləcə də terrorçu kürdlərə Azərbaycan torpaqlarının satılmasının düzgün olmamasını səsləndirdiyi üçün irqçi fars rejimin terrorçu Sepah-ı tərəfindən şərlənərək “Cinayət və şiddət törətmək hədəfi ilə mitinqə çağırış vermək”də ittiham edilərək 1 il həbsə məhkum edilmişdi.

Fərid Məhəmmədnejad cari ilin oktyabr ayının 18-də Makı sakini olan digər azərbaycanlı milli-mədəni və media fəalı Yavər Sultani ilə birlikdə rejimin Qərbi Azərbaycanda yerləşən Apelyasiya məhkəməsinin 13-cü şöbəsi tərəfindən məhkəmə iclası keçirilmədən 4 ay həbs cəzasına məhkum edilib. Fəallar barəsində, həmçinin icrası sonraya nəzərdə tutulan 8 ay müddətinə digər həbs cəzası çıxarılıb.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın