Cümə , Oktyabr 23 2026
azfa

Baxçalıdan İrana sərt tənqid; Buyur, bu şeirə də etiraz et!

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda oxuduğu şeirdən dolayı İran siyasilərinin “narahatlığı”na dair fikir bildirib.

MHP sədri Tvitter səhifəsində mərhum şair Arif Nihad Asyanın şeirini paylaşıb:

“Ağlayın, parmakları nur, sularından kınalı kızlarım;

Ağlasın Meraga göklerinden, Meragaya bakıp yıldızlarım,

Şu yakın suların, kolu neden bükülmez,

Fırat niçin, Dicle niçin, Aras niçin benden doğar, bana dökülmez?”

Baxçalı şeirin ardınca bunları yazıb:

“Buyursunlar, bu şeirə də etiraz etsinlər. Marağanın (Cənubi Azərbaycan) harada olduğunu bilənlər bilir, bilməyənlər də bu gedişlə öyrənər. Türkün sünnisi, şiəsi olmaz! Türk türkdür! Türklüyə sədd, sərhəd çəkilməz!”

Devlət Baxçalı həmçinin “Araz” şeirini də başqa tvitlə paylaşıb:

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın