Çərşənbə , Avqust 19 2026
azfa

İrqçi fars rejimin ETTELAAT qüvvələri Siyamək Mirzai Ərdəbildə yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT qüvvələri dekabr ayının 28-i günortadan sonra azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzaini Ərdəbil şəhərində yaxalayıb.

Siyamək Mirzai Ərdəbil şəhərində yaşadığı binaya girdiyi zaman rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıb.

Hələlik Siyamək Mirzainin saxlanılma səbəbi və haraya aparılması barədə məlumat verilmir.

Qeyd edək ki, Siyamək Mirzai rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 3 il həbs müddətini çəkdikdən və Qain şəhərinə sürgün göndəriləndən sonra yenidən fəalı şərləyək, onu həbsdə olarkən sistem əleyhinə təbliğat aparmaqda ittiham etmişdir. Həmin ittihama görə isə fəal rejimin məhkəməsi tərəfindən 1 il 10 gün həbsə məhkum eedilmişdir.  Həmçinin fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulmuşdur.

Azərbaycanlı fəal 2020-ci il iyulun 13-də məhkumluq və sürgün dövrünü başa vuraraq Ərdəbilə qayıdıb.

Həmçinin yoxlayın

Türk adı səbəbilə azərbaycanlı körpə Eylinə iki aydır doğum haqqında şəhadətnamə verilmir

GADTB: Şəbüstər bölgəsinin Şərəfxana şəhərindən olan azərbaycanlı körpə Eylinin valideynləri qızlarının iki aylığını qeyd etdikləri …

Molla rejimin yetişdirdiyi husi terrorçuları 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

GADTB: İrqçi fars-molla rejimin yetişdirdiyi husi terrorçuları Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri blokada çərçivəsində 8 …

Bir cavab yazın