Səudiyyə Ərəbistanının hərbi heyətinin Azərbaycana səfəri

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti fevralın 6-dan 9-dək Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə iki ölkə arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Müsavat Partiyasının XI qurultayında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Azərbaycanlı baş məşqçi: Azərbaycanla bağlı azərbaycanlılar qərar verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi Tehranın Azərbaycan …

Bir cavab yazın