“Radiofarda”dan azərbaycanlı milli fəal Rza Vasiqi barədə proqram – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Radiofərda” İranın həbs etdiyi azərbaycanlı siyasi məhbus Rza Vasiqi barədə proqram hazırlayıb.

Azərbaycanlı fəalın həmin proqramda qısa tərcümeyi-halı təqdim edilib.

Qeyd edilib ki, Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil zindanının 2-ci bölməsində 2 il həbs cəzalarını çəkməkdədir.

Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində İranın təhlükəsizlik məmurlarının hücumu ilə yaxalanıblar.

Fəallar yaxalanan zamanı rejimin məmurları tərəfindən zorakılığa məruz qalıb və döyülüblər. Azərbaycanlı fəallar bülletenlər çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham olunaraq mühakimə olunub və 2 il həbsə məhkum olublar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …