Çərşənbə axşamı , May 7 2024
azfa

Təbrizdə tarixi Əsli-Kərəm məzarında qanunsuz qazıntı aparılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 29-da Təbriz şəhərində tarixi Qaraməlik məhəlləsində xristian qıbçaq türklərinin Əsli-Kərəm məzarında qanunsuz qazıntı aparılıb.

Tarixi məzarlıqda əvvəllər də bir neçə dəfə qazıntı işləri aparılmışdır. Ancaq son qazıntı işi açıq şəkildə aparıldığı üçün, rejimin bu məsələdə əlinin olması ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan folkloru və aşıq ədəbiyyatında önəmli yer tutamn Əsli-Kərəm dastanının qəhrəmanları ilk dəfə həmin bölgədə görüşüb Qaraməlik məhəlləsinin Güllü bağı sonradan onların dəfn edildiyi yer olub. Bura tarixi dəyərindən başqa əhali arasında daha çox müqəddəs yer kimi qəbul edilir.

Şərqi Azərbaycanın Tarix və Mədəniyyət Abidələrinin Qeydiyyatı Şurasının çalışmaları nəticəsində “Əsli və Kərəm” sevgi dastanı 2013-cü ilin fevral ayında milli abidələrin qeyri-maddi irsi siyahısına daxil edilib.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …