Bazar , Sentyabr 27 2026
azfa

Ermənilərin Azərbaycan ərazisinə yeni hərbi təcavüzü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir və ermənilər Azərbaycan ərazisinə yenidən atəş açıblar.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi bu barədə məlumat yayıb.

Bildirilib ki, 2 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …