Molla rejimi nüvə silahı istehsalı istiqamətində bütün hədləri aşdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran 20% səviyyəsində 17,6 kq zənginləşdirilmiş uran istehsal edib.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) açıqlama yayıb.

Bildirilir ki, zənginləşdirilmiş uran fondunu 3 tona qaldıran İran Birgə Hərtərəfli Fəaliyyət Planında icazə verilən səviyyəni 15 dəfə keçib.

Hesabatda agentliyin İran tərəfindən bəyan edilməmiş bir nöqtədə quruma bildirilməmiş nüvə materialının ola biləcəyindən dərin narahatlıq keçirdiyi qeyd olunub. Sözügedən nüvə materialı İranın təhlükəsizlik nəzarəti müqaviləsi çərçivəsində bildirilməlidir.

2015-ci ildə imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı İrana 202,8 kiloqram uran ehtiyatı saxlamağa və uranı 3,67% nisbətində zənginləşdirməyə imkan verir.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …