Bazar ertəsi , Mart 17 2025
azfa

Güney Azərbaycanda Araz çayı sahilində meşə örtüyünün 130 hektarı məhv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Araz çayı sahillərində torpağın dağılmasının qarşısını almaq və turistik bölgə yaratmaq məqsədilə 250 hektara yaxın sahədə salınan meşənin 130 hektarı baxımsızlıqdan məhv olub. Meşənin qalan hissəsi isə acınacaqlı durumdadır.  

Məsələ ilə bağlı Arazın Su Qurumunun müdiri Zakeri açıqlama verib.

Onun sözlərinə görə, meşənin məhv olmasının əsas səbəbi baş verən yanğınlar və ağacları şəxsi mənfəət üçün bir sıra şəxslər tərəfindən kəsilməsidir.

Məlumata görə, Arazın Su Qurumu ilə Makı Azad Ticarət Bölgəsi İdarəsi arasında 2018-ci ilin ayında bununla bağlı anlaşma imzalayıb. Anlaşmaya əsasən, meşəliyin 120 hektarının canlandırılması məsələsi Makı Azad Ticarət Bölgəsi İdarəsinə həvalə edilib. Ancaq idarə tərəfindən icra əməliyyatına hələ də başlanılmayıb. Zakeri meşəliyin Qərbi Azərbaycanda turizm sektorunun gəlişməsi baxımından önəminə diqqət çəkib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə türk adına görə …

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …