Cümə , Sentyabr 25 2026
azfa

Rejimin Urmiyada həbs etdiyi azərbaycanlı alim Aydın Muradxani zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 3 həftə əvvəl Urmiyada rejimin həbs etdiyi tədqiqatçı alim Aydın Muradxani müvəqqəti olaraq zaminə buraxılıb.

Muradxani aprelin 14-də mühakimə prosesi tamamlanana qədər mülki zəmanət qarşılığında azadlığa buraxılıb.

İranın təhlükəsizlik qüvvələri alimi mart ayının 25-də saxlamışdılar. O, sərbəst buraxılana qədər Tehran və Urmiyada terrorçu Sepaha məxsus həbsxanalarda sorğu-sual edilib.

Aydın Muradxaniyə yaxın bir mənbənin məlumatına əsasən, o, Avropa universitetlərinə hərbi layihələr təqdim etməsi ilə əlaqədar dindirilib və etiraf etmək üçün basqılara məruz qalıb

Sepahın kəşfiyyat şöbəsinin məmurları Muradxanini həbs etdikdən sonra onun kompüter, telefon, qatıldığı elmi müsabiqələrdə aldığı medallar və bir sıra şəxsi əşyasını müsadirə etmişdilər.

Həmçinin yoxlayın

Netanyahu: “İran hakimiyyəti öz xalqından qorxur”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Şot bölgəsinin Xələc kəndində məktəbin yenidən tikintisi üç ildir başa çatmır

GADTB: Şot bölgəsinin Xələc kəndində məktəb binasının sökülməsindən təxminən üç il keçməsinə baxmayaraq, yenidənqurma işləri …