Cümə axşamı , Aprel 18 2024
azfa

Qara Yusif bəy Barani-Qaraqoyunlunun Türkmənistanda heykəli

GADTB: Qara Yusif bəy (1355-1420) – Qaraqoyunlu sülaləsinin üçüncü hökmdarı və Azərbaycan Qaraqoyunlu dövlətinin yaradıcısı.

XV yüzilliyin başlarında Azərbaycanda Teymuri ağalığına son qoyulması və dövlətçiliyimizin bərpa olunmasında Qara­qoyunlu Qara Yusifin tarixi xidmətləri əvəzsizdir. Məhz bu dövr­də ölkəmizdə qədim milli ənənələrə söykənən Azərbaycan Qaraqoyunlu dövləti yaradılmış oldu. Şübhəsiz ki, bu dövlətin yara­dılması və möhkəmləndirilməsi Qara Yusifin adı ilə bağ­lıdır.

Cəma­ləddin Qara Yusif Barani Azərbaycan tarixində bö­yük iz qoymuş tarixi simalardan biridir. O, Qaraqoyunlu sülaləsinin üçüncü hökmdarı və Azərbaycan Qaraqoyunlu dövlətinin yaradıcısıdır. 1389-cu ildə atası Qara Məhəmmədin öldürülməsindən sonra mərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə rəhbərlik edən Qara Yusif, bu birliyi daha da gücləndirdi. Möhkəm iradə sahibi olan Qara Yusif rəqiblərinin müqavimətini qıraraq qaraqoyunluların nüfuzunu daha da artırdı və bölgədə yaranmış əlverişli vəziyyətdən faydalanaraq 1391-ci ildə Təbriz şəhərini ələ keçirdi. Qara Yusif Şənbi-Qazanda yerləşdi və bir neçə gündən sonra əmirlərindən Satılmış və Xəlili şəhərin mühafizəsində qoyaraq, yayı keçirmək üçün Aladağa çəkildi. Bir müddət sonra Qara Yusifin yenidən Təbrizi tutduğunu görürük. O, bir ay şəhərdə qaldıqdan sonra Təbrizi yenə tərk etdi. Əmir Teymurun yeni yürüş xəbərini alan qaraqoyunlular da Təbriz şəhərini tərk etdilər.

Əmir Teymurun Azərbaycana yürüşü zamanı Cəlairi hökm­darı Sultan Əhmədlə Qara Yusif arasında düşmənə qarşı ittifaq yarandı. Əmir Teymur ordusu Azərbaycanı fəth edən za­man (Əlincə qalasından savayı-T.H.N.) ona itaətsizlik göstərən başlıca qüvvə məhz qaraqoyunlular oldu. Bu zaman Cəlairi hökmdarı Bağdada çəkildi. Qara Yusif isə Əmir Teymurun Qızıl Orda xanı Tox­tamışa qarşı yürüşə başlamasından istifadə edərək doğma yurdunu düşməndən azad etmək üçün mübarizə apardı.

Ənvər Çingizoğlu

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …