Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Urmiya gölünün qorunmasına dəstək məqsədilə dərnək yaradıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Universitetinin mədəniyyət və öyrənci işləri üzrə rəis müavini Kərim Cabbari Urmiya gölünün qorunmasına dəstək məqsədilə yeni öyrənci dərnəyinin fəaliyyətə başladığını açıqlayıb.

Onun sözlərinə görə, sözügedən dərnək elmi, mədəni, ictimai, eləcə də çevrə problemlərini araşdırmaq üçün yaradılıb.

Bildirilib ki, yaradılan “Urmiya Gölü Sevənlər Öyrənci Dərnəyi” bu sahəyə ilgi göstərən öyrənciləri bir araya toplayır. Eyni zamanda dərnək gənclərin yaşam çevrəsinin qorunmasında iştirakını təmin edir.

Həmçinin layihə çərçivəsində bilgiləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …