İran Qarabağla bağlı mötəbər faktların ortada olmasına baxmayaraq yenə yalan danışdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Azərbaycanın Qarabağ bölgəsində ermənilərə göndərdiyi şübhəli yüklərin videogörüntüləri ortada ola-ola yenə öz ənənəsinə sadiq qalaraq faktları dandı.

İran Xarici İşlər Nazirliyi bu ölkənin yük maşınlarının Dağlıq Qarabağa yük daşımasına dair yayımlanan foto və videolara münasibət bildirib və yenə mötəbər faktları yalan məlumatlar adlandırıb.

APA-nın Tehran bürosunun sualına cavab olaraq İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib ki, Azərbaycan və Ermənistanda baş verən proseslərlə bağlı bütün xəbərlərin istinad mərkəzi İran İslam Respublikası Xarici İşlər Nazirliyi və İranın Azərbaycan və Ermənistandakı səfirlikləridir.

Hər iki ölkə mətbuatını təsdiqlənməmiş xəbərlərin yayımlanmasından çəkinməyə çağıran S.Xətibzadə qeyd edib ki, 44 günlük müharibədən sonra tərəflər arasında müsbət atmosfer yaranıb: “Mən hamını müharibədən sonra iki ölkə arasında əməkdaşlıq üçün yaranmış atmosferdən istifadə etməyə çağırıram. Onlardan əldə olunmuş razılıqların qorunub saxlanılması və icrası üçün bir-birlərinə yardım etmələrini təmənna edirəm.

Hər iki ölkənin KİV-lərindən təsdiqlənməmiş, mənbəyi məlum olmayan və yalan məlumatların yayılmasından çəkinmələrini istəyirəm”.

Qeyd edək ki, İran dəfələrlə Ermənistana etdiyi yardımların videogörüntüləri ortada olduğu halda faktı ağ yalan danışmaqla danıb.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …