Çərşənbə , Oktyabr 21 2026
azfa

Özünü türklərin operatoru adlandıran “Azərtel”in fəaliyyəti dayandırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İran türkərinin tək operatoru” şüari ilə fəaliyyətə başlamış “Azərtel” mubayl operatorunun fəaliyyəti dayandırılıb.

Həmin türk operatorun bağlanma səbəbi açıqlanmayıb. Lakin operator bildirib ki, öz üç illik fəaliyyətini bu adla dayandırıb və əvvəlki adla fəaliyyətinə davam edəcək.

Güman edilir ki, operatorun reklamlarını Azərbaycan türkcəsində verməsi İranda irqçi farsların və müəyyən dairələr etirazı ilə qarşılandığı üçün o fəaliyyətini dayandırır.

Qeyd edək ki, türkcə şüarı və adı ilə bağlı operator irqçi farsların və rejimin bəzi dairələrinin sərt tənqidi ilə qarşılaşmışdı.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …