Şənbə , Sentyabr 12 2026
azfa

Azərbaycanlı milli fəal Səccad Şəhiri yenidən Sulduz zindanına qaytarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Səccad Şəhiri məzuniyyət müddəti bitdiyi üçün mayın 15-də yenidən Sulduz zindanına qaytarılıb

Azərbaycanlı siyasi məhbus aprelin 25-də girov qarşılığında Sulduz zindanından 20 günlük məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, Qeyd edək ki, irqçi fars rejim  Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Səccad Şəhirini aprelin 3-də həbs etmişdi.

Səccad Şəhiri “Sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı rejimin Sulduzdak; Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə yazılmışdı ki, cinayət prosessual məcəlləsinin A bəndinin 445-ci maddəsinə əsasən məhkumun apellyasiya şikayəti rədd edilib və çıxarılan qərar qüvvədə saxlanılmışdı.

Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da ETTELAAT məmurları tərəfindən Sulduz şəhərində yaxalanaraq ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …