Azərbaycanlı fəal İsrafil Fətullahzadə yenidən Əhər zindanına qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal məzuniyyət dövrünün bitdiyi üçün rejimin Əhərdə yerləşən zindanına geri dönüb.

Azərbaycanlı fəal İsrafil Fətullahzadə mayın 14-ü, axşam saatlarında məzuniyyət müddətinin bitdiyi üçün Əhər zindanıına qaytarılıb.

Fəal aprelin 24-də 100 milyon tümənlik girov qarşılığında 20 günlük məzuniyyətə buraxılmışdı.

Qeyd edək ki, İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin məmurları tərəfindən Əhərdə həbs edilmişdi. Onun Azərbaycan türklərinin “Fitilə” proqramında təhqir edilməsinə etiraz ilə bağlı həbsə məhkum edildiyi bildirilir.

İsrafil Fətullahzadə ondan öncə, 20 fevral 2014-cu ildə “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə İran təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …