Cümə axşamı , May 14 2026
azfa

İran pilotsuz kəşfiyyat təyyarələri ilə Quzey Azərbaycanı izləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sosial mediada yayılan məlumatlara görə, Tehrandan havaya qalxan İranın pilotsuz kəşfiyyat təyyarələri Şimali Azərbaycan və Ermənistanın sərhəd bölgələrində (Zəngəzur bölgəsi) kəşfiyyat uçuşları həyata keçirir.

Bu uçuşların Qarabağ bölgəsindəki Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisələrinin artması ilə üst-üstə düşməsi, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi və Azərbaycanın Naxçıvanda həyata keçirdiyi böyük hərbi manevr təsadüfi ola bilməz. Mütəxəssislər hesab edirlər ki, Qarabağdakı 44 günlük müharibə zamanı gördüyümüz kimi, İran bu məlumatları işğalçı və təcavüzkar Ermənistana Şimali Azərbaycanın hərbi hərəkətlərini izləməklə təmin edir.

İranın bu hərəkəti bir daha Türk milləti ilə açıq düşmənçiliyini sübut edib və Azərbaycana açıq şəkildə xəyanət sırgiləmiş oldu.

İran hökumətinin təməllərini ələ keçirən paniranistlərin İkinci Qarabağ müharibəsində olduğu kimi, Azərbaycan Türk xalqının lazım gələrsə qəti cavab verəcəyini bilmələri daha yaxşı olar.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …