Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi xəstəxanaya yerləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin bu gün xəstəxanaya yerləşdirildiyi bildirilir.

Rejimin məmurları tərəfindən işgəncə edilmiş azərbaycanlı siyasi məhbusun gözlərində və sağlıq durumunda ciddi problemlər yaranıb. Həkimlər fəalın gözünü əməliyyat etməyin zəruriliyini bildirirlər.

Eyni zamanda Tehran zindanında həbsdə olan türk siyasi məhbus qohumları ilə telefon əlaqəsində zindan rəhbərliyinin insulinə və həkimlərin təyin etdiyi dərmanları istifadə etməsinə imkan verilmədiyini bildirib.

Əlirza Fərşi vəziyyətinin pisləşməsindən sonra 29 iyulda Tehranın Loğman Hakim Xəstəxanasının xüsusi endokrinoloji və metabolizma klinikasına köçürülmüşdü. Qısa müalicədən sonra zindana qaytarılmışdı.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …