Əfqanıstanın hava limanının təhlükəsizliyini Türkiyə üzərinə götürür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əfqanıstanın hava limanının təhlükəsizliyini Türkiyə üzərinə götürür.

Məsələyə toxunan Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib ki, Əfqanıstan Asiyanın ürəyi və kritik əhəmiyyətə malik bir ölkədir.

 “Həmid Karzay Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı Əfqanıstan xalqının gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Bu mövzuda danışıqlar davam edir. Bunu digər ölkələrlə birlikdə necə edə biləcəyimiz üzərində işləyirik.

Hava limanı açıq olmalı və istismar edilməlidir. Bunun fərqindəyik. Hava limanı işləməsə, səfirliklər geri çəkiləcək. Belə bir vəziyyətdə Əfqanıstan təcrid olunmuş dövlətə çevriləcək və beynəlxalq münasibətlər baxımından ciddi problemlərlə qarşılaşacaq. Hava limanı fəaliyyət göstərməsə, təhsil, səhiyyə və ticarət üçün xaricə getməli olanlar nə edəcək? Bunlar əfqan qardaşlarımızın barışığı, rifahı və inkişafına mənfi təsir göstərəcək.

Ölkəmizin və Əfqanıstanın maraqları üçün əlverişli nəticələr əldə etmək istəyirik. Məqsədimiz əfqan qardaşlarımızın təhlükəsizliyi, sülhü və rifahı üçün töhfəmizi davam etdirməkdir. Bu çərçivədə sabah ABŞ müdafiə naziri Lloyd Ostin ilə telefon əlaqəmiz olacaq”, – Akar bildirib.

Həmçinin yoxlayın

Hüseyn Şeirbafipurun həyatı Təbriz həbsxanasında təhlükə altındadır

QADTB: Hüseyn Şeirbafipur 18 dey etirazları zamanı Təbrizdə saçma güllələrinin hədəfinə çevrilib və ağır yaralandıqdan …

İrqçilik xarakteri daşıyan “Farsca Yetərlilik” layihəsinin müəllifi ana dildə təhsil hüququnu inkar edən idarəçini təltif etdi

GADTB: Təbrizdə keçirilən Şərqi Azərbaycan Təhsil Şurasının iclasında İran Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini …