Çərşənbə axşamı , İyun 16 2026
azfa

İran rejimi ərəb etirazçıları Ələhvazda atəşə tutdu-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Ələhvazda ərəb etirazçıları atəşə tutub. Gecə yarısına qədər keçirilən etirazlarda rejimin məmurları sivil etirazçılara atəş açıb.

Artıq irqçi fars rejimin zülmünə qarşı ərəblər Ələhvaz bölgəsinin bütün şəhərlərində etirazlara qoşulublar. Əhvaz, Susəngerd, Xorrəmşəhr, Bostan, Mahşəhr, Fəllahiyyə və s. şəhərlərdə başlayan etirazlar gecənin son saatlarına qədər davam edib.

Ərəb etirazçıları İran rejiminin zülmü, ərəblərin suyunu kəsib farsların yaşadığı bölgələrə köçürülməsi və İran rejiminin müstəmləkə siyasətinə qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, irqçi farslar işğal etdikləri qeyri-fars bölgələri, o cümlədən Azərbaycan, Ələhvaz və Bəlucistanı müstəmləkə vəziyyətinə salmış və qeyri-farsların sərvətlərinə farsların yaşadığı bölgələrə daşıyır. Bu da haqlı olaraq qeyri-farsların etirazı ilə qarşılaşır.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …