Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

İranın Şimali Koreyaya çevrilmə planına Azərbaycandan olan deputatlar qarşıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, cinayətkar fars rejimin göstərişi ilə İranda interneti tam kəsib, əhalini dünyadan daimi təcrid etmə planına Azərbaycandan olan bir neçə deputat qarşı çıxıb.

İlk öncə Güney Azərbaycanın Urmiya şəhərindən olan deputat Ruhullah Həzrətpur rejimin bu planının ağır nəticələri olacağını bildirib və həmin layihəyə qarşı çıxıb.

Bunun ardınca Güney Azərbaycanın Əhər və Heris şəhərlərindən olan deputat Əhəd Məhərrəmzadə də bu irticai layihəyə qarşı çıxaraq özünün “Twitter” hesabında paylaşım edib.

Əhəd Məhərrəmzadə yazıb: “Hazırkı dövr yaradıcılıq və yenilikçilik dövrüdür. Bilgi mübadiləsi ilişkilərin qurulmasında əhəmiyyətli və həlledici rol oynayır. İnternet bizim yeniliklərə çatmağımız və bilgi əldə etməyimiz üçün əsas vasitədir. Ağıllı cəmiyyət güclü və məhdudiyyətsiz internet istəyir”.

Eyni zamanda Güney Azərbaycanın Təbriz, Tufarqan və Üskü şəhərlərinin parlamentindəki deputatı Məsud Pezeşkiyan da məsələ ilə bağlı paylaşdığı “twitt”də həmin layihəyə etirazını bildirib.

Məsud Pezeşkiyan yazıb: “Bundan öncə layihənin müzakirəyə çıxarılması dövründə də dediyim kimi, bu layihənin əleyhinəyəm və düşünürəm ki, bu cəmiyyətdə müsbət qarşılanmayacaq. Layihə nəzərdə tutulan istəklərə çatmamaqla yanaşı, hakimiyyət və xalq arasındakı uçurum daha da dərinləşdirəcək”.

Qeyd edək ki, Ruhani hakimiyyəti dövründən irqçi fars rejim əhalini bütün dünyadan təcrid edib Şimali Koreyaya çevirmək üçün layihə hazırlayıb. İrticaçı İran rejiminin göstərişi ilə rejimin parlamenti bu irticai layihəyə müsbət rəy verib.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …