Türkiyənin TURKOVAC vaksini İngiltərə ştammına qarşı yüz faiz təsirlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin yeni növ koronavirus (Covid-19) əleyhinə istehsal etdiyi “TURKOVAC” peyvəndinin İngiltərə ştammına qarşı yüz faiz təsirli olduğu bildirildi.

“TURKOVAC” Peyvənd Layihəsinin rəhbəri, professor doktor Aykut Özdarendeli Kayseri şəhərində keçirilən yığıncaqda tələbələr və mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Erciyes Universiteti Peyvənd Araşdırma və İnkişaf Mərkəzinin (ERAGEM) də direktoru olan Özdarendeli universitet olaraq, “TURKOVAC” peyvəndi ilə əlaqədar preklinika araşdırmaların tamamlandığını və istifadəyə icazə verilməzdən əvvəl son mərhələ olan üçüncü mərhələ fəaliyyətlərinin davam etdiyini bildirib.

Özdarendeli “TURKOVAC” peyvəndinin İngiltərə və “Delta” variantlarına qarşı təsirli olub olmadığı sualına

“İngiltərə variantına qarşı apardığımız araşdırmalarda “TURKOVAC” peyvəndi yüz faiz təsirlidir. Siçanlar üzərində apardığımız araşdırmalarda yüz faiz təsirli olduğunu gördük. “Delta” variantı üzərində araşdırmalar davam edir. Bu barədə hazırda tam bir məlumat olmadığı üçün bunu deyə bilmərəm” ifadələrdən istifadə edib.

Özdarendeli peyvəndin buraxılacağı tarixlə əlaqədar olaraq, “Düşünürəm ki, ilin sonuna qədər olacaq” deyib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …