Rəisi vaksinlə bağlı verdikləri bütün vədlərin yalan olduğuna etiraf etdi

İranın qatil prezidenti İbrahim Rəisi yerli vaksin istehsalı ilə bağlı verdikləri bütün vədlərin puç olduğuna etiraf edib.

Rəisi ölkənin azı 100 milyon doza vaksinə ehtiyacı olduğunu qeyd edib.

Rəisinin sözlərinə görə, yerli istehsal olan vaksin ölkədə cəmiyyətin ehtiyacını qarşılaya bilməyib və dövlət bu səbəbdən xaricdən vaksin almağa qərar verib. Lakin, o indiyə qədər 40 milyon doza vaksin əldə edildiyini iddia edib.

Qeyd edək ki, təqribən 9 ay öncə İranın rəhbəri Əli Xamenei Qərb ölkələrində istehsal olunan vaksinlərə “güvənmədiyi”ni iddia edərək əhali üçün onların ölkəyə gətirilməsini qadağan etmiş, yalnız az sayda özləri üçün vaksinin idxalına icazə vermişdi. O əhali üçün yalnız Rusiya və Çin vaksinlərinə üstünlük vermişdi. Ancaq sonrakı aylarda İran rəsmilərinin dost və tərəfdaş ölkələr adlandırdıqları Rusiya və Çin İrana çox az sayda vaksin satmışdı. Bu üzdən Tehran “Bərəkət” adlı yerli vaksin istehsal edəcəyini iddia etmişdi.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …