Çərşənbə , Avqust 19 2026
azfa

Azərbaycanlı siyasi məhbus Rza Vasiqi vəsiqə qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Rza Vasiqi dünən girov qarşılığında məzuniyyətə buraxılıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar 2020-ci il avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilmişdi.

Həmçinin yoxlayın

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün …

Azərbaycan Rusiya səfirini etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov …