
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdəki İnqilab Məhkəməsi azərbaycanlı milli fəal Nadir Sadiqianı mühakimə etdi.
Azərbaycanlı milli fəal Nadir Sadiqianın məhkəmə iclası oktyabrın 20-də rejimin Təbrizdəki İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib.
Azərbaycanlı fəal rejim tərəfindən şərlənərək, “kiber məkanda İrana qarşı təbliğat”da ittiham olunub.
Bundan öncə isə Hadi Şəhabinin sədrliyi ilə keçirilən istintaq zamanı Nadir Sadiqian “kiber məkanda kommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də ittiham olunmuşdu.
Məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişə görə, Nadir Sadiqian noyabrın 1-də Təbrizdə yerləşən İkinci Cinayət Məhkəməsinin 111-ci şöbəsində olmalıdır.
Qeyd edək ki, Nadir Sadiqian iyulun 26-da Təbrizdə rejimin məmurları tərəfindən yaxalanmış və 11 avqustda Təbrizdə zindana köçürülmüşdü. Azərbaycanlı fəal avqustun 14-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi