Cümə , Sentyabr 25 2026
azfa

Güney Azərbaycanda Süngün Mis Mədəninin işçilərinin etirazları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün Mis Mədəninin işçiləri oktyabrın 24-də yenidən etiraz aksiyası keçiriblər. İşçilər əmək haqlarının verilməsini tələb ediblər.

Bundan öncə isə mədən işçiləri oktyabrın 4-dən başlayaraq 3 gün müddətinə tətillərə başlamışdılar.

Mədənin müxtəlif bölmələrində işləyən işçilərin bir çoxunun 15-20 il stajı var.Lakin işçilər 3 aylıq müqavilələr əsasında işlədilir və daim işlərini itirmək təhlükəsi ilə qarşılaşırlar. Eyni zamanda işilər çox aşağı əmək haqqı ilə işlədilirlər və rejim bu yolla Azərbaycanın mədənləri və yüraltı sərvətlərini talayıb fars bölgələrinə daşıyır.

Etiraz və tətillərə qoşulan işçilərin aylıq əmək haqqı 5-7 milyon tümən arasındadır. Son hesablamalara görə, hazırda İranda 11 milyon tüməndən az gəliri olan ailələr yoxsulluq həddi altında sayılır.

Oktyabrın 7-də işçilərlə Süngün Mis Mədəninin rəhbərliyi arasında danışıqlar keçirilib. Rəhbərlik problemlərin həllinə söz verib.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …