İran rejiminin müstəmləkə siyasətinin nəticələrindən: Ərdəbildə 70 mindən çox işsiz var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda vilayətlər hər cəhətdən geri saxlanılır. Bununla yanaşı işsizlik də tüğyan edir.

Belə ki, Ərdəbil, Nir, Nəmin və Səreyin şəhərlərinin İran Məclisindəki nümayəndəsi Sudeyf Bədri də buna dolayı yolla toxunaraq deyib ki, rəsmi rəqəmlərdə yer alan 70 min ərdəbilli işsizin doğru olmadığını, gerçək rəqəmin bundan daha çox olduğunu deyib.

Ərdəbil televizyası bildirib ki, Ərdəbil əyalətində iş yerlərinin yaradılması məsələsi ilə bağlı durum acınacaqlıdır və bu üzdən dövlət bu sahədə mövcud problemlərin həllinə xüsusi diqqət yetirməlidir.

Bədri qeyd edib ki, “rəsmi statistik rəqəmlərin əksinə olaraq, əslində Ərdəbildə işsizlərin sayı 70 mindən daha çoxdur. Eyni zamanda Ərdəbil şəhəri infranstruktur və altyapı baxımından çox az inkişaf edib və bu problemlərin həll edilməsi üçün bu sahəyə daha çox sərmayə yatırılmalıdır”.

Millət vəkilinin sözlərinə görə, Ərdəbildə işsizlərin böyük əksəriyyəti universitet məzunlarıdır.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …