Bazar ertəsi , May 6 2024
azfa

‍İran rejiminin məmurları azərbaycanlı fəal Vədud Əsədini yaxalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məmurları oktyabrın 30-da Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum edib.

Rejimin məmurlar Vədud Əsədini  yaxalayıb və ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə ediblər. Məmurlar həmçinin azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparıblar.

Azərbaycanlı milli fəal həbs səbəbi barədə hələlkik dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin məmurları tərəfindən həbs olunub və ya rejimin məmurları tərəfindən təhdidlərə məruz qalıb.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə yaxalanmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Fındıqlı meşələrində minlərlə nadir ağac növü kəsilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın təbiət abidələrindən sayılan və nadir ağaclarına …

İran Azərbaycan və Ermənistan arasında sülhə və sərhədlərin müəyyənləşdirilməsinə mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Paşinyana hərbi və siyasi dəstək verməklə Ermənistan və …