Azərbaycan mədənlərini talayan İran rejiminin məhkəmə hakimi azərbaycanlı əhalini təhqir edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xarvana bölgəsində İran rejiminin məhkəmə hakimi höccətülislam Səmii Əndirgan qızıl mədəni ətrafında yaşayan azərbaycanlı əhalini təhqir edib.

Azərbaycan mədənlərini talayan İran rejiminin məhkəmə hakimi kəndliləri qarətçilikdə günahlandıraraq, onlara qarşı sərt tədbirlər görülməsini tələb edib.

Azərbaycan mədənini talayıb fars bölgəsinə daşıyan və xarici ölkələrə satan İrana heç bir etiraz etməyən rejimə bağlı məhkəmə hakimi yerli sakinləri bölgədəki qızıl mədənlərindən qanunsuz və gizli şəkildə qızıl konsentratı əldə etdiklərini, bunun xəyanət və xalqın malını oğurlamaq olduğunu deyərək, hüquq-mühafizə orqanlarını daha ciddi addımlar atmağı tələb edib.

Səmii bölgə məhkəmələrinə göndərilən cinayət işlərinin 35%-nın qızıl konsentratı qaçaqmalçılığı ilə bağlı olduğunu iddia edib.

Qeyd edək ki, Vərziğan və Xarvana bölgəsində mövcud olan Əndirgan Qızıl Mədəni istismar üçün rejim tərəfindən xarici şirkətlərə verilib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …