Cümə , İyun 26 2026
azfa

Şuşa postuna hücum edən rməni terrorçu ruslar tərəfindən ermənilərə verilir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər saatlarında erməni terrorçu Norayr Mirzoyan (Ordumuzun Şuşa yaxınlığında məhv etdiyi Martik Eremyannın qardaşı) Şuşa yaxınlığında Azərbaycan və rus hərbçilərinin olduğu posta qumara atması ilə bağlı erməni separatçıları həyasız və əxlaqsız açıqlama yayıb.

Rus sülhməramlılarının arxasında gizlənməklə fəaliyyət göstərməyə davam edən və özlərini “milli təhlükəsizlik xidməti” adlandıran separatçı-terrorçular “Martik Eremyan”ın bu addımının “Azərbaycan hərbçisinin provokativ hərəkətinə cavab olduğunu” bildirib.

Bu faktın özü Xankəndidə toplaşan ermənilərin terrorçu mahiyyətinin birbaşa sübutudur. Belə ki, videodan da göründüyü kimi, erməni terrorçuya qarşı hər hansı hərəkət edilmir, o sadəcə, posta yaxınlaşır və qumbara ataraq qaçır.

Qeyd edək ki, Norayr Mirzoyan artıq rus sülhməramlıları tərəfindən yaxalanıb, Azərbaycan Baş Prokurorluğu isə olayla bağlı cinayət işi açıb.

Yaxın saatlarda Şuşa yaxınlığındakı posta qumbara atan şəxs Xankəndidəki separatçılara “təhvil” veriləcək.

Bu barədə Qarabağdakı separatçı-terrorçuların “ombudsmanı” Geqam Stepanyan məlumat yayıb.

Stepanyan bildirib ki, hazırda terrorçu Norayr Mirzoyan rus sülhməramlılarının qərargahındadır.

Həmçinin yoxlayın

Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir

GADTB: Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir. Ukrayna ordusu Krımın azad olunması əməliyyatına hazırlığa …

ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satır

GADTB: ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satışı ilə bağlı razılığa gəlib. Bu barədə …