Cümə axşamı , Sentyabr 24 2026
azfa

Britaniya kəşfiyyatı İranın atom silahına hər zamankından daha çox yaxınlaşdığını bildirdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, “İsrail 12” telekanalı Britaniyanın kəşfiyyat ajansının raporuna əsasən xəbər verib ki, İran atom silahına hər zamankından daha çox yaxınlaşıb və qarşıdakı bir ay ərzində onu əldə edə bilər.

Sözügedən kanalın verdiyi məlumata əsasən, İran beynəlxalq ajansla əlaqəsini kəsdiyi ötən 9 ay ərzində atom proqramını əhəmiyyətli dərəcədə irəliləyə aparıb.

İsrailin yüksək rütbəli rəsmilərindən birinin sözlərinə görə, İran hələlik atom bombasını ballistik raket üzərinə yerləşdirmə bacarığına sahib deyil və bunu edə bilməsi üçün ən az 2 il vaxt lazımdır.

Xatırladaq ki, Amerikanın Beynəlxalq Atom Enerjisi Ajansının Rəhbərlər Şurasındakı nümayəndəsi noyabrın 25-də xəbərdarlıq edib ki, İranın sözügedən ajans ilə əməkdaşlıq etməməsi məsələsi həll olunmasa, İdarə Heyəti bu ilin sonuna qədər təcili iclas keçirməli olacaq.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …