Cümə axşamı , Aprel 30 2026
azfa

Güney Azərbaycanda mədəni soyqırım günü ilə bağlı uşaqlara türkcə kitablar paylanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanda mədəni soyqırım günü ilə bağlı uşaqlara türkcə kitablar payladılar.

Azərbaycanlı fəallar 1946-cı il dekabrın 16-da İran rejiminin Güney Azərbaycanı işğal etdikdən sonra türkcə dərslik və kitabları yandırılması gününün ildönümü ilə əlaqədar belə aksiyalar təşkil edibər.

Azərbaycanlı fəallar uşaqlar və yeniyetmələr üçün nəşr olunan çox sayda türk dilində kitablar paylayıb və fars şovinistləri tərəfindən türkcə kitabların yandırılmasına etirazlarını bildirib.

Qeyd edək ki, 1946-cı ildə İran rejiminin Güney Azərbaycana hücumu və yenidən Güney Azərbaycanı işğal etdikdən sonra İran qoşunu Azərbaycan şəhərlərində qırğın törətməklə yanaşı türk dilində nəşr olunan dərslik və kitabları yandırılmaqla mədəni soyqırım həyata keçirdilər.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …