Urmiyada azərbaycanlı fəal və türk dili müəllimi mərhum Yusif Bidardelin anım mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəalı dekabrın 16-da tanınmış azərbaycanlı fəal, türk dili müəllimi mərhum Yusif Bidardelin məzarı başında onun xatirəsini anıblar.

Mərhum Yusif Bidardel mədəni fəaliyyətləri ilə yanaşı Qərbi Azərbaycan əyalətinin Kunq-Fu Federasiyasına rəhbərlik edirdi.

Yusif Bidardel türk dili və ədəbiyyatı sahəsində tədqiqatları və milli-mədəni fəaliyyətlərinə görə təzyiqlərlə qarşılaşmış və 2012-ci ildə Güney Azərbaycanın Vərziğan bölgəsində zəlzələdən xəsarət alanlara yardım kampaniyası başlatdığı üçün İran rejimi tərəfindənhəbs edilmişdi.

Mərhum 2020-ci il dekabrın 13-də koronovirusa yoluxduğu üçün Urmiyada dünyasını dəyişmişdi.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …