Türk ölkəsi Qırğızıstan Türk “Bayraktar TB2” PUA-larından istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçan aparatları Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin xidmətinə verilib.

Bu barədə şənbə günü respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu gün, Qırğız Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin istifadəsinə verilmiş “Bayraktar TB2” pilotsuz uçan aparatlarına baxış keçirib”, – məlumatda deyilir.

Qeyd edilib ki, dövlət başçısına bu cihazların idarəetmə sistemi haqqında məlumat verilib və onların iş prinsipi nümayiş etdirilib.

“Bu qurğular tamamilə respublika büdcəsindən ayrılmış vəsait hesabına alınıb və ölkənin müdafiə təhlükəsizliyinin təmin edilməsi, o cümlədən dövlət sərhədlərinin mühafizəsi üçün istifadə olunacaq”, – mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Qırğızıstan hakimiyyəti “Bayraktar TB-2” və bir neçə rusiyalı “Orion” pilotsuz uçan aparatları almaq niyyətində olduqlarını açıqlamışdı.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …