Çərşənbə , Sentyabr 23 2026
azfa

Uyğur türklərini Şərqi Türküstanda soyqırıma məruz qoyan Çini Yaponiya da boykot etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Uyğur türklərini mir millət kimi yox etmək məqsədilə müxtəlif yollarla Şərqi Türküstanda soyqırıma məruz qoyan Çini Yaponiya da boykot etdi.

ABŞ və Böyük Britaniyanın Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarından sonra Yaponiya hökuməti də öz yanaşmasını açıqlayıb.

Yaponiya Nazirlər Kabinetinin Baş katibi Matsuno Hirokazu hökuməti təmsil etmək üçün Pekin-2022 Qış Olimpiya Oyunlarına heç bir kabinet üzvünün göndərilməyəcəyini bildirib.

Matsuno diplomatik boykot edib-etmədikləri ilə bağlı suala, “biz necə iştirak etdiyimizi təsvir etmək üçün xüsusi bir termin və ya ifadə işlətmirik” deyə cavab verib.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …