Çərşənbə , Sentyabr 23 2026
azfa

Müəllimlər mollaların məktəblərdən uzaqlaşdırılmasını tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan yerdə müəllimlər etirazlar zamanı mollaların məktəblərdən uzaqlaşdırılmasını tələb etdilər.

Etirazlarda haqları pozulan elm adamları rejimə qarşı müxtəlif şüarlar səsləndirir.

Müəllimlərin daşıdığı plakartlarda o cümlədən “Mollaların məktəblərdə yeri yoxdur” və s. şüarlar yazılıb.

Artıq insanlar rejimin əlindən o qədər bezib ki, hökümətin əlaltıları olan axundların məktəblərdə olmasını istəmir. Narazı müəllimlər, şagirdlərin təhsil almaq yerinə məktəblərə göndərilən mollalar tərəfindən bəyinlərinin “yuyulmasına” qarşı çıxır. 

Müəllimlərdən biri deyib ki, bir ölkənin müəllimi evinə çörək apara bilmirsə, onda digər insanlar nə etsin?

İnqilabdan keçən 43 ildə bütün tədris kitablarında rejim yalnız öz liderlərini və siyasi məqsədlərlə istismar etdiyi dini təbliğ etməyə çalışıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …