Çərşənbə axşamı , May 7 2024
azfa

İranda mollalar onlara nalayiq sözlər deyilməməsi üçün molla geyimində bazara getmirlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda Elmi Hövzə Mədrəsələri Birliyinin üzvü deyib ki, ölkədə dini təhsil alan tələbələr (mollalar) bazara və ya mağazaya getdiklərində, yaxud şəhərdə hər hansı işləri ilə bağlı çalışırlar ki, ruhani libasında getməsinlər. Çünki, onlar əhalinin onlara nalayiq sözlər deməsindən çəkinirlər.

Fazil Məybodi “Həmdeli” qəzetinə dekabrın 4-də verdiyi açıqlamasında İranda mollaların vəziyyəti ilə bağlı, habelə bildirib: “Bu gün ruhanilər narahat olmamaq üçün çalışırlar ki, din xadimi geyimi ilə ictimaiyyət arasında daha az görünsünlər. Ruhani hətta taksiyə minərkən insanlar onu ələ salır. Əhali bahalıq və bütün problemlərə din xadimlərinin gözü ilə baxdığından əvvəllər ruhanilərlə xalq arasında olan və korlanmış münasibətləri düzəltmək asan deyil”.

O, eləcə də qeyd edib ki, dini təhsil alan tələbələr və ruhanilərin bir çoxunun evində maaşlarının aşağı olması və dolanışıq problemləri üzündən ailədaxili münaqişələr də artıb.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …