Çərşənbə , Sentyabr 30 2026
azfa

Türk ordusu Afrinin mərkəzinin daha bir hissəsini terrorçu kürdlərdən azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusu Afrinin şimalındakı Korta, Kaşa ve Babak Uşağı kəndlərini terrorçulardan azad edib.

Həmçinin Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu daha 2 kəndi YPG-çilərdən təmizləyib.

Belə ki, Anab və Meryemeyn kəndləri müttəfiq ordularının nəzarətinə keçib.

Cinderesin şərqində Zelka, Afrinin qərbində isə Kafr Rum və Horan kəndləri terrorçulardan azad edilib.

Qeyd edək ki, bundan öncə də Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Arfin yaxınlığındakı Böyük Halobu kəndi terrorçulardan azad edilib. Kəndin azad edilməsi ilə Afrinlə Azezi içməli su ilə təmin edən bənd ordu qüvvələrinin nəzarətinə keçib.

Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin Kafərməz kəndini terrorçulardan azad edib. Kənd əhalisi ordu qüvvələrini sevinclə qarşılayıb.

Həmçinin Afrin mərkəzi bölgəsinin tabeliyində olan Şavariqat Əl-Caviz və Melkiyə kəndləri terrorçulardan təmizlənmidi.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın