Azərbaycanlı milli fəal Əli Şahiyə bəraət verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin yaxaladığı Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəal Əli Şahi bəraət alıb.

Ərdəbildə yerləşən Ümumi və İnqilab Məhkəməsinin Sabir Cəfərinin sədri olduğu 1-ci şöbəsi tərəfindən göndərilən bildirişdə bu barədə məlumat verilib.

Bildirişdə Əli Şahinin bundan öncə barəsində açılan cinayət işində əks olunan ittihamlardan bəraət aldığı qeyd olunub.

Qeyd edək ki, Ərdəbil sakini olan azərbaycanlı yazıçı və milli fəala qarşı İran rejiminin Ərdəbildəki polisinin təhlükəsizlik bölməsinin şikayəti əsasında cinayət işi açılmışdı. Azərbaycanlı fəal “Ana dili məzmunlu türkcə klip çəkməklə sistemə qarşı təbliğat aparmaq və rejimə müxalifət”də ittiham olunmuşdu.

Rejimin məmurları “Mənsiz qalan dağlar” romanının müəllifi, yazıçı Əli Şahini avqustun 28-də Ərdəbildəki evində həbs etmişdilər. Rejimin məmurları həmçinin milli fəalın evində axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə etmişdilər.

Əli Şahi əslən Muğanın Biləsuvar şəhərində anadan olub və Ərdəbildə yaşayır. O 3 övlad atasıdır.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …